Təhlükəsizlik qaydaları

Geri Qaytarma Siyasəti
Smard.az (bundan sonra “Mağaza”) müştəri məmnuniyyətini ən yüksək səviyyədə təmin etməyi hədəfləyir. Bu səbəbdən geri qaytarma siyasətimiz müştərilərimizin ehtiyaclarını qarşılamağa yönəlib.

 

1.
Geri Qaytarma Müddəti. Alınan məhsullar 14 təqvim günü
ərzində (bəzi məhsullar maksimum 3 aya kimi) dəyişdirilə və ya geri qaytarıla
bilər. Bu müddət məhsulun alındığı gündən etibarən başlayır.

2. Dəyişdiriləcək
və ya qaytarılacaq məhsul aşağıdakı şərtlərə uyğun olmalıdır:


Məhsul istifadəsiz və ilkin
qablaşdırmada olmalıdır.


Bütün aksesuarlar, təlimatlar və məhsula
daxil olan digər əşyalar geri qaytarılmalıdır.


Qablaşdırmanın və məhsulun üzərindəki
etiketlər zədələnməməlidir.

3.
Geri Qaytarılmayacaq Məhsullar. Aşağıdakı məhsullar
geri qaytarıla bilməz:


Səhv quraşdırılmış və ya istifadəçi
tərəfindən zədələnmiş saatlar.


Qablaşdırması zədələnmiş, qutusu və
eyni zamanda, qutuya daxil olan aksesuarlardan, kitabçalardan biri itirilmiş məhsullar.

4.
Geri Qaytarma Prosesi


Geri qaytarılma üçün əvvəlcə
bizimlə əlaqə saxlamalısınız. Qaytarılma prosesini başlatmaq üçün sifariş məlumatlarını təqdim etməyiniz zəruridir.


Məhsulu mağazamıza və ya təyin
olunmuş ünvanımıza çatdırmalısınız. Qaytarılma zamanı çatdırılma xərcləri müştərinin
öhdəliyindədir, lakin məhsulda fabrik problemi olarsa və ya yanlış məhsul göndərilərsa
bu xərclər bizim tərəfimizdən qarşılanır.

5.
Pulun Qaytarılması


Məhsul geri alındıqdan sonra
müvafiq yoxlamalar aparılacaq və geri qaytarılma şərtlərinə uyğunluğu müəyyən
ediləcək. Bundan sonra pulun geri qaytarılması nağd və ya nağdsız formada həyata
keçiriləcək.